23.05.2017

Məktəbin adını daşıyan şəhidin anım mərasimi keçirilib

Mayın 23-də Qaralar kənd tam orta məktəbdə məktəbin adını daşıyan şəhid Ayaz Bağırovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib.  

Tədbirdə əvvəlcə dövlət himni səslənib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım tədbirində şəhidin anası Şövkət Bağırova, şəhidin ailə üzvləri, müəllimləri, sinif yoldaşları və məktəbin pedaqoji heyəti iştirak ediblər.

Şəhidin anası Şövkət Bağırova tədbirdə çıxış edərək oğlunun vətənpərvər, mərd, vətənini sevən gənc olmasından söz açıb və tədbirin təşkil edilməsində əməyi keçənlərə öz  təşəkkürünü bildirib.

Şəhidə dərs deyən müəllimlər məktəb xatirələrini yada salaraq bildiriblər ki, Ayaz tək təhsil aldığı müəssənin yox, xalqımızın başını uca edən bir qəhrəman olub. Yaşadığı qısa ömür yolu ilə o, bütün Azərbaycan gənclərinə örnəkdir, ən yaxşı nümunədir.

Tədbirdə məktəbin Uşaq Birliyinin rəhbəri Aysel Həsənova və şagirdlərin birgə hazırladığı A.Bağırovun həyatından bəhs edən qısa film nümayiş etdirilib, şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.


Açar sözlər: ,