19.05.2017

"Məktəblilərin qidalanması" adlı təlim keçirilib

Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Şəmkir Heydər Əliyev Mərkəzində “Məktəblilərin qidalanması” adlı təlim keçirilib.

Təlimdə Rayon Təhsil Şöbəsi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları Şəhla Mirzəzadə və Aysel Əkbərzadə çıxış edərək məktəblilərin düzgün qidalanması, sağlamlığı, orqanizmin zərərli maddələrdən qorunması qaydaları haqqında iştirakçılara məlumat verib, onların suallarını cavablandırıblar.

Sonda məktəblilərə və təlimdə iştirak edənlərə məlumat xarakterli maarifləndirici bukletlər paylanılıb.