Mayın 18-də Dövlət Sərhəd Xidmətinin (DSX) Şəmkir rayonundakı N saylı hərbi hissəsində, ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdləri arasında “Şahin” hərbi-idman oyunlarının zona yarışı keçirilib.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə hər il keçirilən “Sərhəd” hərbi-idman oyununun əsas məqsədi gənc nəsli Vətənə, dövlət sərhədinə hömət ruhunda tərbiyə etmək, yaradıcı, düşünən, sağlam gənclər yetişdirmək və onlarda sərhədçi peşəsinə marağı artırmaq, həmçinin məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə, onların ordu sıralarında xidmətə hazırlanmasına köməklik göstərməkdən ibarətdir.
Yarışda Şəmkir, Ağstafa və Qazax ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət komandalar iştirak ediblər. Zona turunun nəticələrinə əsasən, I yeri Ağstafa rayonun komandası , II yeri Qazax rayonunun komandası, III yeri isə Şəmkir rayonun komandası tutub.
Qaliblərə diplom, medal, kubok və qiymətli hədiyyələr təqdim olunub.