Mayın 12-də Seyfəli kənd Müşfiq Süleymanov adına tam orta məktəbdə milli istiqlal şarimiz Əhməd Cavadın 125 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Dövlət himninin səsləndirilməsindən sonra çıxış edən təhsil müəssisəsinin rəhbəri Seymur Qurbanov tədbir iştirakçılarını salamladıqdan sonra Əhməd Cavadın həyatı, fəaliyyəti, yaradıcılığı və Azərbaycan Cumhuriyyətinin qurulmasında göstərdiyi böyük xidmətlərdən, böyük acılarla bitən ömür yolundan danışıb.
Tədbirdə Əhməd Cavadın dünyaya göz açdığı Seyfəli kəndinin ağsaqqalları, şairin qohumları, bələdiyyə nümayəndələri, təhsil şöbəsinin əməkdaşları və tədbirin təşkil olunmasında təşəbbüs göstərən Gənc Müəllimlər Birliyinin sədri və üzvü iştirak ediblər.
Məktəbin müəllimləri və dəvət olunmuş qonaqlar çıxış edərək şairin yaradıcılığı, siyasi fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat veriblər. Çıxışların ardınca məktəbin şagirdləri Əhməd Cavadın şeirlərini səsləndiriblər.