Mayın 11-də Rövşən İsmayılov adına Plankənd tam orta məktəbdə riyaziyyatdan “Həndəsi silsilə” mövzusunda "açıq dərs” keçirilib. Məktəbin riyaziyyat müəllimi Nazilə Hümbətova tərəfindən 9-cu sinifində keçirilən dərsdə şagirdlər 3 qrupa bölünüb.
Müəllim dərs müddətində dərslik, marker, iş vərəqələri, internetdən məlumatlar və MİMİO qurğusundan istifadə edərək şagirdlərin fəallığının artırılmasını, riyaziyyatda silsiləyə aid anlayışların şüurlu surətdə dərk edilməsini ən vacib hal kimi diqqət mərkəzində saxlayıb.
Nazilə Hümbətova yeni dərsi izah etməklə yanaşı, həm də motivasiya sualı əsasında riyaziyyat fənnindən keçilən mövzuların mənimsənilmə səviyyəsini yoxlamaq üçün şagirdləri slayd vasitəsilə hazırlanmış testlərlə sorğu-sual edib.
"Açıq dərs" diskussiya şəklində başa çatıb. Şagirdlərin bilik səviyyəsi qrup şəkilində qiymətləndirilib.
Sonda keçirilən "açıq dərs" müzakirə olunub. Məktəbin direktoru, dərs hissə müdiri və digər fənn müəllimləri çıxış edərək "açıq dərs"in yaxşı təşkil olunduğunu və şagirdlərin riyaziyyat fənnindən yüksək bilik nümayiş etdirdiklərini bildiriblər.