08.05.2017

İntellektual bilik yarışı keçirilib

Mayın 8-də Şəmkir rayon Seyfəli kənd Müşfiq Süleymanov adına tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin 94 illik yubileyinə həsr olunmuş intellektual bilik yarışı keçirilib.

Dövlət himninin səsləndirilməsindən sonra çıxış edən Gənc Müəllimlər Birliyinin sədri Xəyal Nəsibov bildirib ki, Gənc Müəllimlər Birliyinin təşkilatçılığı və Təhsil Şöbəsinin dəstəyi ilə həyata keçirilən yarış Azərbaycan xalqının Ümummilli Liderinin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu Öndərin irsinin yaşadılması və yeni nəsil arasında təbliği, eyni zamanda, gənclərin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədi daşıyır.

Yarışda rayonun Seyfəli, Aşağı Seyfəli, Xanallar, Abbaslı 1 və 2 saylı  ümumtəhsil məktəblərində təhsil alan şagirdlər iştirak ediblər. Hər məktəb komandasında 5 iştirakçı olub.

Yarış iki turda keçirilib və hər turda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə və ümumi fənn blokuna aid 10 sual səsləndirilib.

Yarışda Aşağı Seyfəli kənd Natiq Abbasov adına tam orta məktəbin “Dahilər” adlı komandası digər 4 komandanı üstələyərək qalib gəlib.

Sonda yarış təşkilaçıları məktəblilərin marağını nəzərə alaraq auditoriyada əyləşən şagirdlər üçün əlavə stimul verici sorğu-sual təşkil ediblər.


Açar sözlər: ,