05.05.2017

"Açıq dərs" layihəsinin növbəti dərsi keçirilib

Mayın 5-də Şəmkir Gənc Müəllimlər Birliyi və Şəmkir Heydər Əliyev Mərkəzinin birgə əməkdaşlığı ilə keçirilən “Açıq dərs” layihəsinin növbəti dərsi keçirilib. Dərsin mövzusu  “Müstəqil Azərbaycanın memarı” olub.

Dərsdən əvvəl məktəblilər mərkəzlə tanış olublar. Bu dəfəki dərsdə müəllim qismində Gənc Müəllimlər Birliyinin üzvü Naibə Məmmədova çıxış edib. Açıq dərsdə A.Əsədov adına 1 saylı və C.Bayramov adına 2 saylı Qaracəmirli kənd tam orta məktəbinin şagirdləri iştirak ediblər.

Naibə Məmmədova şagirdlərə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı, gördüyü işlər, etdiyi dəyişiklər, müstəqil Azərbaycanın inkişafına verdiyi töhfələr barəsində məlumat verib, məktəblilərlə müzakirələr keçirib.


Açar sözlər: ,