28.04.2017

Fənn aylığı çərçivəsində "Rus dili bayramı" keçirilib

Aprelin 28-də Şəmkir rayon H. Z. Tağıyev adına Kür qəsəbə 2 saylı tam orta məktəbdə fənn aylığı çərçivəsində «Rus dili bayramı” adlı tədbir təşkil olunub. Tədbirin təşkil olunmasında məqsəd məktəbdə ikinci dil kimi tədris olunan rus dilinə marağı artırmaq, şagirdlərin rus dili bacarıqlarını nümayiş etdirmək eləcə də, rus dilli xalqların tarixi və mədəniyyəti ilə tanış olmaqdan ibarətdir.

Tədbirdə məktəbin şagirdləri tərəfindən görkəmli rus şairi A. S. Puşkinin şeirləri və rus xalqına məxsus “Kalinka” rəqsi ifa olunub. Maraqlı nağılları ilə dünyada tanınan rus ədəbiyyatının məhşur “Qırmızıpapağın nağılı” və “Turpun nağılı” əsərləri şagirdlər tərəfindən səhnələşdirilib.


Açar sözlər: ,