Aprelin 27-də Şəmkir rayon Rövşən İsmayılov adına Plankənd tam orta məktəbdə riyaziyyatdan “Simmetriya” mövzusunda "açıq dərs” keçirilib. Məktəbin riyaziyyat müəllimi Türkan Nağıyeva tərəfindən 6a sinifində keçirilən dərsdə şagirdlər 3 qrupa bölünüb.
Müəllim dərs müddətində dərslik, marker, iş vərəqələri, internetdən məlumatlar və MİMİO qurğusundan istifadə edərək şagirdlərin fəallığının artırılmasını, riyaziyyatda simmetriyaya aid anlayışların şüurlu surətdə dərk edilməsini ən vacib hal kimi diqqət mərkəzində saxlayıb.
Türkan Nağıyeva yeni dərsi izah etməklə yanaşı, həm də motivasiya sualı əsasında riyaziyyat fənnindən keçilən mövzuların mənimsənilmə səviyyəsini yoxlamaq üçün şagirdləri slayd vasitəsilə hazırlanmış testlərlə sorğu-sual edib.
Sonda keçirilən "açıq dərs" müzakirə olunub. Məktəbin direktoru, dərs hissə müdiri və digər fənn müəllimləri çıxış edərək "açıq dərs"in yaxşı təşkil olunduğunu və şagirdlərin riyaziyyat fənnindən yüksək bilik nümayiş etdirdiklərini bildiriblər.
"Açıq dərs" diskussiya şəklində başa çatıb. Şagirdlərin bilik səviyyəsi qrup şəkilində qiymətləndirilib.