18.04.2017

Şura iclası keçirilib

Şəmkir Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəb direktorlarının iştirakı ilə təhsilyanı şura iclası keçirilib.

İclasda ilk olaraq çıxış edən Şəmkir RTŞ-nin müdiri Məcid Şıxlinski tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi ilə bağlı həyata keçirilmiş tədbirlər barədə, vəziyyətlə bağlı müzakirələr aparıb. Təhsil Nazirliyi Kollegiyasının 2014-cü il 6 noyabr tarixli 1/3 nömrəli qərarı ilə təstiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişmə qaydaları”na əsasən məktəb direktorlarına müəyyən tapşırıqlar verilib.

Şura iclasında RTŞ əməkdaşları ümum təhsil müəssisələrində aparılmış yoxlamanın nəticələri haqqında çıxış ediblər. Yoxlamaların nəticələri ilə bağlı müzakirələr aparılıb, tapşırıqlar verilib. Sonda qərar layihəsi oxunub.


Açar sözlər: