14.04.2017

IV İslam Həmrəyliyi Oyunlarının məktəbli iştirakçısı

2017-ci ilin 5 aprel tarixində Bakı şəhərinin Daş Salnamə Muzeyində "Xəzər dənizindən başlayan Səyahət"in İlkin Təqdimat Mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzər dənizindən götürülmüş suyu Azərbaycanın bütün guşələrindən gəlmiş uşaqlara təqdim  edib. Daha sonra "Xəzər dənizindən başlayan Səyahət" adlı tədbirlər proqramının tərkib hissəsi olaraq, uşaqlar həmin suyu özləri ilə birlikdə yaşadıqları rayonlara aparıblar.

Xəzərdən başlayan səyahət mərasimində Şəmkir rayonuna suyu 5-ci sinif şagirdi olan Murad Namazov gətirib. İslam Həmrəylik Oyunlarının iştirakçısı, məktəbli Muradı yaxından tanıyaq;

Murad Namazov 2006-cı ildə Şəmkirdə anadan olub. 2012-ci ildən M.Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyində təhsil alır. Dərs əlaçısı olmaqla yanaşı, həm də məktəbin ictimai işlərində fəal və nümunəvi şagirddir.

Murad şahmat və sərbəst güləş idman növləri ilə məşğul olur. O, müxtəlif vaxtlarda iştirak etdiyi şahmat yarışlarında, 1-ci və 2-ci yerlərə layiq görülülüb. Mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş  “ CHESS 2014 ”, “ CHESS 2015 ”, “ CHESS 2016 ” şahmat turnirilərində iştirak edən beynəlxalq qrossmeysterlə oynamaq şansı əldə edib.

Qeyd edək ki, 37 gün davam edəcək Xəzərdən başlayan səyahət mayın 12-də Bakıda açılış mərasimi ilə başa çatacaq. Ölkənin müxtəlif yerlərindən olan uşaqlar göl və çaylardan, şəlalə və bulaqlardan topladıqları Azərbaycanın saf suları ilə İslam dünyasının 50-dən artıq dövlətini Oyunlarda salamlayacaqlar.


Açar sözlər: ,