14.04.2017

"Erkən nigah nədir?" mövzusunda seminar keçirilib

Şəmkir rayon Gənc Müəllimlər Birliyinin təşəbbüsü ilə Sərdar Məmmədov adına Zəyəm-Cırdaxan kənd tam orta məktəbində psixoloq Xəyalə Qafarova tərəfindən, yuxarı sinif şagirdlərinin və müəllimlərinin iştirakı ilə “Erkən nigah nədir?” mövzusunda seminar keçirilib. Tədbirin keçirilməsində məqsəd gənc nəslin məlumatlandırılması, yeniyetmələr arasında sağlam həyat tərzi və bununla bağlı aparılan maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir.

Tədbirin giriş hissəsində Gənc Müəllimlər Birliyinin üzvü, məktəb psixoloqu Xəyalə Qafarova çıxış edərək bildirib ki: "Ailə məsələlərində ciddi məqamlardan biri də erkən nikah məsələsidir. Belə ki, ailə quran tərəflərin yaşlarının rəsmi nigah üçün müəyyən olunmuşa yaş həddindən belə aşağı olması ailədə bir sıra problemlərə gətirib çıxarır. Bu kimi ailələrdə nigahın pozulması, xəstə uşaqların dünyaya gətirilməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur. Bəs erkən nigah nədir, onun ortaya çıxardığı problemlər, səbəbləri nələrdir və qarşısının alınması üçün nə kimi addımlar atılmalıdır?” Bütün suallara aydınlıq gətirmək üçün məktəblərdə mütəmadi maarifləndirici tədbirlərin keçirilməsinin labüd olduğunu qeyd edən Xəyalə Qafarova, qeyd olunan sualların cavabını tədbir iştirakçılarına təqdim edib.

Tədbirdə iştirak edən Gənc Müəllimlər Birliyinin sədri Xəyal Nəsibov, məsələnin çıxış yolunu, məktəbərdə maarifləndirmə işinin düzgün təşkil olunmasında və sinif rəhbərlərinin sinifləri ciddi nəzarətdə saxlamasınıda olduğunu bildirib.

Ardınca çıxış edən Gənc Müəllimlər Birliyinin üzvü, məktəb psixoloqu Tərlan Muxtarova, valideynlərin bu məsələdə əsaslı mövqeyinin olduğunu bildirərək, məsələnin həlli üçün daim valideyn komitələri ilə fəal işləyib, onları erkən nigahın sonradan doğura biləcəyi ciddi fəsadlarla tanış etmək üçün görüşlərin keçirilməsini təklif edib.

Tədbirin sonunda iştirakçılara məlumat və maarifləndirici xarakterli qısa film nümayiş olunub.


Açar sözlər: ,