Şəmkir Rayon Təhsil Şöbəsi və Hüquqi Xidmət Mərkəzinin Şəmkir Regional Ofisinin təşkilatçılığı ilə YUNİSEF-in layihəsi və dəstəyi əsasında məktəblərdə “Uşaq hüquqlarının təbliği” adlı təlimlər keçiriləcək.
Təlimlərin keçirilməsində məqsəd, uşaqlar arasında onların hüquqlarını aydınlaşdırılmaq, qəddar rəftara və ya alçaldılmaya məruz qalmaq ehtimalını azaltmaq, milli səviyyədə ictimai vəkillik, maarifləndirmənin təşkili, uşaqların hüquqlarının qorunmasından irəli gələn məsələlərin həlli məqsədilə dolğun məlumatlandırmanı həyata keçirməkdən ibarətdir.
Qeyd edək ki, ölkəmiz uşaqlarla bağlı təhsil, səhiyyə və digər sosial məsələlər sahəsində (əlil uşaqlar, küçə uşaqları, uşaqlara qarşı zorakılığın, erkən evliliyin aradan qaldırılması, uşaq ölümü, məktəbəqədər təhsil və s.) YUNİSEF ilə yaxından əməkdşalıq edir.
Təlimlər ardıcıl olaraq rayonun bütün ümumtəhsil müəssisələrində həyata keçiriləcək.