Aprelin 4-də Nizami Gəncəvi adına tam orta məktəbin akt zalında Rayon Təhsil Şöbəsinin təşkilatçılığıyla, Gəncə qarnizonu Zabitlər Evi tərəfindən məktəbliləri arasında tarix üzrə viktorina keçirilib.
“Ümummilli lider Heydər Əliyevin doğum gününün 94-cü ildönümünə həsr edilmiş viktorina”nın keçirilməsində məqsəd müstəqil Azərbaycanın quruluşunda və inkişafında ümummilli liderin yolunu, milli tariximizi və mədəniyyətimizi, Azərbaycan sərkərdələrinin və Milli qəhrəmanlarının döyüş təcrübələrini və həyatlarını təbliğ etməkdir.
Viktorinada hər biri 6 nəfər şagirdən ibarət 8 məktəbin komandası yarışıb. Yarışda məlumat tablosuna yerləşdirilən “Ümummilli lider Heydər Əliyev”, “Azərbaycan hərb tarixi” və “Azərbaycan tarixi” mövzularında, çətinliyinə görə 10 baldan 50 baladək qiymətləndirilən suallar şagirdlərə təqdim olunub.
Sonda digər komandalardan çox bal toplamış Cahangir Rüstəmov adına tam orta məktəbin şagirdləri Gəncə qarnizonu Zabitlər evində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.