Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 24 il ötür.
Aprelin 3-də Qasım İsmayılov kənd Sahib Əliyev adına tam orta məktəbdə Kəlbəcər rayonunun ermənilər tərəfindən işğalı ilə bağlı “Kəlbəcərsiz 24 il” adlı tədbir keçirilib.
Tədbirdə çıxış edən müəllimlər 1993-cü ildə Kəlbəcərin işğalı zamanı ermənilərin dinc sakinlərə qarşı törətdikləri qanlı cinayətlərdən, qadın və uşaqların girov götürülərək amansızcasına qətlə yetirilmələrinə dair tarixi faktlardan danışıblar. Çıxışların ardınca, şagirdlərin ifasında həmin günü təsvir edən səhnəciklər canlandırılıb, şeirlər səsləndirilib.
"Kəlbəcər girovları" adlı filim izləndikdən sonra, tədbir Kəlbəcərin işğalı ilə bağlı təşkil edilmiş ədəbi-bədii kompozisiya ilə başa çatıb.
Qeyd edək ki, Kəlbəcər rayonunun erməni silahlı qüvvələri tərəfindən zəbt edilməsi nəticəsində 128 kənd, 1 qəsəbə, 140 müəssisə, 90 məktəbəqədər uşaq müəssisəsi, 115 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 107 xəstəxana və tibb müəssisəsi, 214 mədəniyyət ocağı dağıdılaraq məhv edilib.