Aprelin 1-də Şəmkir Olimpiya İdman Kompleksində IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirlərinə start verilib.
Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən keçirilən yarışların təşkil edilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının Proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir.
Yarışlar 9 idman növü -sərbəst güləş, Yunan-Roma güləşi, cüdo, taekvando, karate, boks, atletika, stolüstü tennis və basketbol üzrə iki mərhələ olmaqla məktəblilərinin iştirakı ilə keçiriləcək. Kütləvi idman tədbirində Şəmkir, Gəncə, Ağstafa, Tovuz, Qazax, Daşkəsən, Samux, Gədəbəy, Göygöl, Bərdə, Goranboy, Mingəçevir, Naftalan, Tərtər, Yevlax, Kəlbəcər, Ağdam və Xocalı rayonlarının ümumtəhsil müəssisələrinin şagirdləri iştirak edib.
İdman növləri üzrə şəxsi yarışlarda və komanda hesabında I, II, III yerləri tutanlar diplom və medallarla, hədiyyələrlə təltif olunacaqlar.
Yarışlar aprelin 26-da başa çatacaqdır.