Martın 30-da Şəmkir rayon Heydər Əliyev Mərkəzində Gənc Müəllimər Birliyinin üzvü, Faiq Ələkbərov adına Xanallar kənd tam orta məktəbin psixoloqu Tərlan Muxtarova rayonun məktəbəqədər tərbiyəçiləri üçün “Məktəb təliminə hazırlıq” adlı təlim keçib.
Təlimdə məktəbə hazırlaşan uşaqlara psixoloji dəstəyin göstərilməsi ilə yanaşı, onlarda nitqin, təfəkkürün və təxəyyüllün inkişafına təkan vermək üçün, onlarla təşkil olunan lazımı təlim fəaliyyətlərinin mümkün metodikaları haqqıda tərbiyəçilərə məlumat verilib. Xüsusi hipperaktiv pozuntu və kaprizləri olan uşaqlarla təlim işinin fərqli təşkil olunmasını bildirən psixoloq Tərlan Muxtarova, təlim zamanı mövzunu tərbiyəçilərlə müzakirə formasında təşkil edib.
Bundan sonra, təlimlərin mütəmadi olaraq rayon mərkəzində və kəndlərdə keçirilməsi, tərbiyəçilərlə yanaşı, məktəb psixoloqları və xüsusi qonaqların da təlimlərə cəlb olunması nəzərdə tutulub.