27.03.2017

Məktəblilər üçün maarifləndirici seminar təşkil olunub.

Məktəblilərin zərərli vərdişlərdən qorunması və maarifəndirilməsi işinin təşkili üçün Şəmkir Rayon Təhsil Şöbəsi və Rayon Baş Polis İdarəsinin təşkilatçılığı ilə seminar təşkil olunub. Tədbirdə Qasım İsmayılov, Qılıncbəyli və Qaralar kənd tam orta məktəbinin yuxarı sinif şagirdləri və müəllimləri iştirak edib.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.Tədbir iştirakçılarını salamlayan Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi polis polkovnik-leytenantı Natiq Piricanov gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün onlarla mütəmadi görülən işlər və tədbirlərdən söz açıb. Hər bir cəmiyyətin qara ləkəsi olan narkomaniya, erkən nigah, ailə münaqişələri və radikal dini təriqətlərin səbəb olduğu təhlükələrdən qorunmağın yolları və onların törədə biləcəyi çətinliklərlə bağlı məktəblilər məlumatlandırılıb.

Daha sonra  Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin baş inspektoru polis baş leytenantı Əfqan Qasımzadə zərərli vərdişlər və onun fəsadları barədə geniş məlumat verib.

Sonda şagirdləri maraqlandıran suallara aydınlıq gətirilib və tədbir iştirakçılarının fikirləri dinlənilib.


Açar sözlər: ,