13.03.2017

Novruz bayramı ilə bağlı sisilə tədbirlər keçirilməyə başlanılıb

Novruz bayramına sayılı günlər qalıb. Respublikanın hər yerində olduğu kimi rayonumuzun məktəblərində də Novruz bayramı ilə bağlı Gənc Müəllimlər Birliyinin təşəbbüsü ilə bugündən başlayaraq silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Martın 13-də ilk tədbir rayonun Cahangir Rüstəmov  adına tam orta məktəbində keçirilib.Gənc Müəllimlər Birliyinin üzvü, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sahilə Məmmədovanın təşkilatçılığıyla “Novruz bayramı” adlı açıq dərs nümayiş edilib.

Şagirdlər “Su”, “Od”, “Yel” və “Torpaq çərşənbəsi” adlı qruplar şəkilində bölünüblər. Dərsdə novruz bayramı ənənələrinə uyğun olaraq, “Bahar qızı”, “Keçəl ilə Kosanın oyunu”, Yumurta döyüşmə”, “Papaq atdı” səhnəcikləri məktəblilər tərəfindən göstərilib. Bayramla bağlı təqdim edilən tədqiqat sualı ətrafında müzakirə aparan qrup üzvlərinin yekun cavabı qrup rəhbəri tərəfindən səsləndirilib.

Dərsin sonunda şagirdlərin fəallığı və bilik səviyyələri müəllim  tərəfindən qiymətləndirilib. Sonda Şəmkir Rayon Təhsil Şöbəsinin, Gənc Müəllimlər Birliyinin əməkdaşları, eləcə də məktəbin rəhbərliyi və fənn müəllimləri tərəfindən dərsin gedişatı müzakirə edilib.


Açar sözlər: ,  ,