21.02.2017

"Kimya gecəsi" adlı elmi-əyləncəli tədbir keçirilib

Fevralın 21-də Kür qəsəbə H.Z.Tağıyev adına tam orta məktəbdə, məktəbin kimya müəllimlərinin təşəbbüsü ilə “Kimya gecəsi” adlı elmi-əyləncəli tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin ardınca, tədbiri giriş nitqi ilə açan məktəbin direktoru Ruhiyyə Rəfiyeva kimya gecəsinin təşkilinin şagirdlərin bu fənnə marağının artmasına və gələcəkdə yüksək ixtisaslı kadrların hazırlığı işinə təkan verəcəyinə əminliyini ifadə edib. Direktor şagirdlərə dərslərində diqqətli olub, bu cür tədbirlərdə iştirak edərək özlərini inkişaf etdirməyi tövsiyə edib.

Kimya gecəsinin gedişində məktəbin 7,8,9-cu sinif şagirdlərinin iştirakı ilə kimyəvi elementlər haqqında maraqlı faktlar söylənilib. Tədbirdə həmcinin şagirdlərin ifasında musiqi və səhnəciklər göstərilib.

Tədbir zamanı  “Vulkan püskürməsi”, “Arı vızıltısı”, “Fil dişi” və digər bir-birindən maraqlı kimyəvi reaksiyalar aparılıb. Sonda sual-cavab formasında keçirilən viktorinada qalib gələn şagirdlərə hədiyyələr verilib.


Açar sözlər: