17.01.2017

"Riyaziyyat dəqiq elm" adlı bilik yarışı keçirilib

Yanvarın 17-də Şəmkir rayon Qasım İsmayılov kənd Sahib Əliyev adına tam orta məktəbin 6-cı sinif şagirdləri arasında "Riyaziyyat dəqiq elm" adlı bilik yarışı keçirilib.

Yarışda ümumilikdə 2 komanda mübarizə aparıb. Hər komandada 6 iştirakçı olub.

Yarış 3 turda keçirilib. Hər turda şagirdlərə  riyaziyyatla bağlı təfəkkür, məntiqi inkişafa əsaslanan təfəkkür, gündəlik həyatda riyaziyyat mövzusundan ibarət 5 sual və məntiqi testlərlə yanaşı, əyləncəli oyunlar səsləndirilib.

Qalib komanda turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilib. Gərgin mübarizə şəraitində keçən yarışmada qalib komanda “Evklid” komandası olub.

Məktəb rəhbərliyi və məktəbin riyaziyyat fənn müəllimi Gülmira Ələkbərovanın  təşkilatçılığı ilə həyata keçirilən bu yarış şagirdlərin riyazi biliklərini inkişaf etdirməklə, eyni zamanda gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədi daşıyır.

Xatırladaq ki, keçirilən bilik yarışmasında məktəbin digər sinif şagirdlərinin iştirakı ilə “Rəqəmlərin və qiymətlərin söhbbəti” adlı maraqlı səhnəciklər göstərilib. Hər turun ardından şagirdlərin ifasında şeir və musiqi səsləndirilib.

Sonda yarışmada xüsusi fərqlənən şagirdlərə hədiyyələr təqdim olunub.


Açar sözlər: ,