16.01.2017

20 Yanvar- Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilib

Yanvarın 16-da Kür qəsəbə H.Z.Tağıyev adına tam orta məktəbdə Şəmkir Rayon Gənc Müəllimlər Birliyinin əməkdaşlığı ilə 20 Yanvar- Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə 1990-cı il yanvarın 20-də qətlə yetirilmiş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Şəmkir Rayon Gənc Müəllimlər Birliyinin nümayəndəsi Xəyal Nəsibov  27 il öncə Bakı şəhərində və ölkəmizin digər bölgələrində SSRİ hərbi birləşmələri tərəfindən dinc əhaliyə qarşı törədilmiş qırğınlar barədə məlumat verib, qan yaddaşımızın ən mühüm məqamlarından biri olan həmin hadisə ilə xalqımızın demokratiya və suverenlik uğrunda apardığı mübarizəsinin dönməzliyini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb.

Respublikanın informasiya blokadasına alındığı bir şəraitdə baş vermiş hadisələr barədə həqiqətləri operativ surətdə dünya ictimaiyyətinə çatdırmaq zərurəti yaranmışdır. Həmin zaman ümummilli lider Heydər Əliyev bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham etdi.

Tədbirdə daha sonra adı çəkilən məktəbin şagirdlərinin faciə günü ilə bağlı hazıradıqları şeir və səhnə kompozisiyaları izlənilib.

Sonda 20 yanvar faciəsi ilə əlaqədar Kür qəsəbə H.Z.Tağıyev adına tam orta məktəb şagirdlərinin hazırladıqları əl işləri nümayiş olunub.


Açar sözlər: ,