Yanvarın 15-də Şəmkir rayonunun Nizami və Ə.Cavad adına tam orta məktəblərində Respublika fənn olimpiadasının birinci–rayon mərhələsi keçirilib.
Bilik yarışında 797 nəfər şagird iştirak edib.
Respublika fənn olimpiadası riyaziyyat, fizika, kimya, biologiya, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə IX, X və XI sinif şagirdləri arasında keçirilib. Onlardan 210 nəfəri Azərbaycan dili və ədəbiyyat, 106 nəfəri coğrafiya, 117 nəfəri tarix, 152 nəfəri riyaziyyat, 73 nəfəri kimya, 66 nəfəri fizika, 73 nəfəri isə biologiya fənni üzrə biliklərini sınayıblar.
Rayon mərhələsinin nəticələrinə əsasən, hər fənn və hər sinif üzrə ən azı 60 faiz nəticə göstərən ən yaxşı 3 şagird respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanacaqdır.
Rayon mərhələsinin nəticələri yanvarın 25-dək elan ediləcəkdir.
Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir.
Sonda cavab kartları xüsusi nəzarət altında komplektləşdirilərək yoxlanış üçün Təhsil Nazirliyinə göndərilib.