13.01.2017

Fənn olimpiadalarının rayon turuna hazırlıqla bağlı yekun iclas keçirilib.

Azərbaycan Respublikası Təhsil Nazirinin “Məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi  Qaydaları”nda dəyişikliklərin edilməsi barədə 29.XII.2016-cı il tarixli 862 №-li əmrini əsas tutaraq, yanvarın 13-də Şəmkir Rayon Təhsil Şöbəsində fənn olimpiadalarının rayon turunun təkili ilə bağlı şöbənin əməkdaşlarına göstərişlər verilib.

Qeyd olunub ki, yanvar ayının 15-də rayonun Nizami və Ə.Cavad adına tam orta məktəblərində Şəmkir rayon ümumi təhsil məktəblərində təhsil alan şagirdlərin iştirakı ilə fənn olimpiadasının rayon mərhələsi keçiriləcək.

Fənn olimpiadasının təşkilində yeni qaydaların tədbiqi, sinif otaqlarının hazırlanması, nəzarətçilərin təyin edilməsi və cavab kartlarının vaxtında Təhsil Nazirliyinə təhvil verilməsi ilə bağlı şöbənin əməkdaşlarına göstəriş verilib.

Bu il Fənn olimpiadasının rayon turunda 7 fənn üzrə ümumi təhsil məktəblərindən ümumilikdə 862 şagird, 40-dan artıq  nəzarətçi,  həmçinin RTŞ-nin məsul şəxsləri iştirak edəcək.