26.12.2016

"Biologiya" adlı bilik yarışı keçirilib

        Dekabrın 26-da Şəmkir rayon Qaralar kənd Ayaz Bağırov adına tam orta məktəbin 7,8,9-cu sinif şagirdləri arasında dünya azərbaycanlılarının həmrəylik günü və müstəqilliyimizin 25 illiyi münasibəti ilə "Biologiya" adlı bilik yarışı keçirilib.

          Yarışda ümumilikdə 3 komanda mübarizə aparıb. Hər komandada 6 iştirakçı olub.

        Yarış 2 turda keçirilib. Hər turda şagirdlərə  Bilologiya fənni ilə bağlı təfəkkür, məntiqi inkişafa əsaslanan ümumi bilik, gündəlik həyatda biologiya mövzusundan ibarət 10 sual səsləndirilib.

         Qalib komanda turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilib. Gərgin mübarizə şəraitində keçən yarışmada birinci yeri 15 xalla “Zəfər” komandası tutub. İkinci və üçüncü yerləri isə müvafiq olaraq 12 xalla “Zirvə”, 6  xalla “Zəka” komandası qazanıb.

         Məktəb rəhbərliyi və məktəbin biologiya müəllimlərinin təşkilatçılığı ilə həyata keçirilən yarış şagirdlərin biologiya fənn biliklərini inkişaf etdirməklə, eyni zamanda gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədi daşıyır.

         Xatırladaq ki, "Bilologiya” bilik yarışmasında məktəbin digər aşağı sinif şagirdlərinin iştirakı ilə maraqlı rəqs və tar alətində musiqi ifa olunub.

        Sonda qalib komanda və fəal iştirakçılar ayrı-ayrılıqda Rayon Təhsil Şöbəsi əməkdaşları və məktəbin rəhbərliyi tərəfindən  mükafatlandırılıblar.


Açar sözlər: ,  ,