23.12.2016

Təhsil şöbəsinin əməkdaşları ilə müvafiq seminar keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyi  IX siniflərin builki buraxılış imtahanlarının forma və məzmununda edilən dəyişikliklərlə  ilə bağlı kifayət qədər sualların olacağnı nəzərə alaraq bölgələrdə  təhsil işçilərinin maarifləndirilməsinin təşkili barədə Təhsil Şöbələrinə müvafiq göstəriş verib.

Göstərişə uyğun olaraq təhsil şöbəsi əməkdaşları ilə müvafiq seminar keçirilib. Təhsil şöbəsinin əməkdaşlarına məktəblərdə maksimum maarifləndirici tədbirlərin keçirilməsi üçün işlərin görülməsi tapşırılıb. Hər nümayəndə 3 gün müddətində təlimləri aparmaq üçün əvvəlcədən  müəyyən edilmiş məktəblərə təyin olunublar.

Təhsil Şöbəsinin əməkdaşlarına tapşırılıb ki;

Məktəb direktorları və direktor müavinləri ilə müvafiq yığıncaq keçirilsin;

Buraxılış imtahanlarında iştirak edəcək şagirdlərin valideynləri ilə görüş təşkil edilsin;

Azərbaycan dili və riyaziyyat müəllimləri ilə müvafiq seminar həyata keçirilsin;

Bunula da, imtahanlarda iştirak edəcək şagirdlərə test nümunələrini izah etməklə yanaşı, imtahan qaydaları haqqında məlumat verilsin.


Açar sözlər: ,