Rayonumuzun təhsil sistemində ilk dəfə olaraq gerçəkləşdirilən "Məktəbin Uğuru" layihəsi dünyanın müxtəlif ölkələrində çeşidli adlarla uğurla sınaqdan keçirilib. Burada əsas hədəf məktəb-təhsilalan-ictimaiyyət üçbucağının tərəfləri arasında üfüqi ünsiyyətin qurulması və hədəf olaraq təhsilalana ahəngdar özünü gerçəkləşdirmə imkanları yaratmaqdır.Layihənin əsas məqsədi:
-Şagirdlərə özünü kəşf etməyə, özünə inamı qazanmaqla sağlam mühit yaratmaq.
-Məktəbliyə hədəfini müəyyənləşdirməkdə kömək etmək.
-Məktəb və təhsil sistemində yarana biləcək və mövcud əngəllərlə birlikdə mübarizə aparmaq.
-Maarifləndirici addımlarla məktəbliləri məlumatlandırmaq. (Bu zaman məktəblinin əyləncə, yaradıcılıq qabiliyyətini və işgüzarlığını təmin etməklə)
-Cəmiyyətdə məktəb həyatı maraqlı, unudulmaz və faydalı etmək
-Şagirdlərə müasir təhsil elementlərinə yiyələnməkdə bu və ya digər vasitələrlə kömək etmək.
Layihə çərivəsində görüləcək işlər:
1. Müasir təhsil elementləri ilə bağlı təlimlər.
2.Əyləncəvi proqramlar.
3.Maraqlı festivallar.
4.Yarışmalar.
5.Aktual mövzu ətrafında müzakirələr.
6.Peşəkarlardan təlim alma imkanları.
Layihənin keçiriləcəyi məkan:
Şəmkir rayon məktəbləri.
“Məktəbin Uğuru” layihəsi üzrə hər məktəbdən 1 nəfər əsas 2 nəfər köməkçi olmaqla 3 nümayəndə seçiləcək. 8, 9, 10-cu siniflərdə təhsil alan hər bir şagird müraciət edə bilər. Müraciət onlayn və fərdi formada Rayon Təhsil Şöbəsi üzrə təyin olunmuş məsul şəxslər tərəfindən qəbul ediləcək. Müraciətin sonunda qiymətləndirmə nəticələrinə əsasən, seçilmiş namizədlər “Məktəbin Uğuru” layihəsinin nümayəndələri təyin ediləcəklər. Rayon Təhsil Şöbəsi tərəfindən məktəblərdə təlim xarakterli keçirilən monitorinqlərdə “Şagirdlərin və məktəb heyəti üzvlərinin fikri öyrəniləcək.” Bundan sonra layihəni genişləndirmək üçün addımlar davam etdiriləcək. Təşəbbüs məktəblidən, dəstək Rayon Təhsil Şöbəsi tərəfindən həyata keçiriləcək. Layihə haqqında ətraflı məlumat və yenilikləri Şəmkir Rayon Təhsil Şöbəsinin rəsmi facebook səhifəsindən əldə edə bilərsiz.