Şəmkir Rayon Təhsil Şöbəsi məktəb direktorlarının iştirakı ilə şura iclası keçirib. İclasda məktəblər üzrə təhsil şöbəsi tərəfindən həyata keçirilən monitorinqlərin nəticələri və çağırışa qədər hazırlıq fənn müəllimlərinin iş prinsipləri, dərs proqramları, mövcud problemləri müzakirə edilərək, onların həlli üzrə göstərişlər verilib. İclasda həmçinin, Təhsil Nazirliyinin 15.11.2016-cı il tarixli 728 nömrəli əmrinə uyğun olaraq, Xüsusi hallar barədə tədbirlərin görülməsi, əmrin icrasından irəli gələn tapşırıqların həyata keçirilməsi tapşırılıb.
İclasda Təhsil Nazirliyinin göstərişlərinə uyğun olaraq, Azərbaycan Respublikasında Ümumi təhsilin dövlət standartları layihəsi müzakirə olunaraq, bununla əlaqədar yerlərdə geniş maarifləndirmə işlərinin aparılması, təşkilati tədbirlərin görülməsi haqqında danışılıb. 2016-2017-ci tədris ilindən etibarən 9-cu sinif imthanalarındakı dəyişikliklərlə bağlı məlumatlar məktəb direktorlarının nəzərinə çatdırılıb və onlara mütəmadi olaraq buraxılışa hazırlaşan şagirdlərlə sınaq xarakterli imtahanarın keçirilməsinin vacibliyi bildirilib.
Sonda, məktəb direktorlarına Rayon Təhsil Şöbəsi tərəfindən hazırlanmış və Təhsil Nazirliyinə təqdim ediləcək 16 bənddən ibarət rəy təklifləri səsləndirilib.