24.11.2016

Məktəbli qızlar arasında voleybol idmanı üzrə rayon birinciliyi keçirilib.

            Noyabrın 24-də Şəmkir Rayon Təhsil Şöbəsi tərəfindən təşkil olunan məktəbli  qızlar arasında voleybol üzrə rayon birinciliyi keçirilib.

Yarışda rayonun zona qalibləri - H.Z.Tağıyev adına Kür qəsəbə №2, Cahangir Rüstəmov adına şəhər, Rüstəm Əliyev adına Pitdili kənd, Zəyəm kənd №1, Zəyəm kənd №2, Düyərli kənd №2 tam orta məktəbləri iştirak ediblər.

Yaışın sonunda nəticə aşağıdakı kimi olub.

  •    I yer Zəyəm kənd №2 saylı tam orta məktəb
  •    II yer Cahangir Rüstəmov adına şəhər tam orta məktəb
  •    III yer Zəyəm kənd №1 saylı tam orta məktəb

Yarışın keçirilməsində məqsəd məktəbliləri voleybol idman növünə cəlb edərək bu idman növünü daha da inkişaf etdirmək, onların fiziki cəhətdən inkişafının və sağlamlıqlarının qorunmasını təmin etməkdir.


Açar sözlər: ,