23.11.2016

Rus dili müəllimləri üçün “Şagirdlərin biliyinin qiymətləndirilməsinə yeni yanaşma” mövzusunda seminar keçirilib

        Noyabrın 23-də Şəmkir rayonunda Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Rusiyanın Azərbaycandakı Səfirliyi və Rossotrudniçestvo nümayəndəliyinin Azərbaycan məktəblərində rus dilinin dərindən öyrənilməsi üçün “Şagirdlərin biliyinin qiymətləndirilməsinə yeni yanaşma” mövzusunda metodiki seminar keçirilib. Seminar Şəmkir Rayon Təhsil Şöbəsi və Rusiyanın Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunub. 50-dən artıq müəllim və metodistin iştirak etdiyi seminarda Şəmkir rayon təhsil işçiləri ilə yanaşı, Ağstafa, Gədəbəy, Qazax və Daşkəsəndən olan rus dili müəllimləri də iştirak ediblər.

        Seminar təşkilatçıları “Şagirdlərin biliyinin qiymətləndirilməsinə yeni yanaşma” mövzulu məruzələrlə çıxış edərək, Respublika ümümtəhsil məktəblərinin tədris planlarında kurrikulumların tədbiq edilməsi ilə bağlı aktual məsələlərə toxunmaqla, bu mövzuda maraqlı mühazirələr oxuyublar.

        Seminarda həmçinin, “Şagirdlərin biliyinin qiymətləndirilməsi təcrübəsindən”, “Məktəb-liseyin öyrənilən materialın şagird tərəfindən dərk etməsi təcrübəsindən”, “Qiymətləndirmə nəticələrinin aşkarlığı” mövzusunda məruzələr də səsləndirilib.

        Seminar işini müzakirə şəklində davam edib.  Sonda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin metodistləri tərəfindən hazırlanmış didaktik materiallar seminar iştirakçılarına paylanıldı.


Açar sözlər: ,