BP şirkəti Şəmkir Rayon Təhsil Şöbəsi ilə birlikdə məktəblərdə təhlükəsizlik layihəsini həyata keçirir. Layihənin məqsədi Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinin təsir icmalarda təhlükəsizlik haqqında biliklərin artırılmasına yönəlmişdir. Layihə icrası zamanı yol təhlükəsizliyini, tikinti vasitələri və texnikanın daşınması üçün yerli yollardan istifadə olunmasını nəzərə alaraq, aidiyyatı ərazilərdə qəza və toqquşma ilə bağlı riskləri, potensial qəza və digər mənfi təsirlərin qarşısının alınması məqsədilə məktəb şagirdləri üçün “Təhlükəsizlik qaydaları”, “Ətraf mühitin qorunması” mövzularında maarifləndirmə, əsas bilik və bacarıqların inkişaf olunması və rəsm müsabiqəsinin keçirilməsi nəzərdə tutulmuşdur. Şagirdlərə səmərəli öyrənməni stimullaşdırmaq üçün, layihədə "incəsənət vasitəsilə öyrənmək" və "interaktiv təlim" yanaşmalarından istifadə edilmişdir. Hər iki yanaşmadan təhlükəsizlik məsələləri mövzusunda maarifləndirmə aparılmış və rəsm müsabiqəsi keçirlilərək ibtidai və orta məktəb şagirdləri cəlb olunmuşdur.
Layihə ilə əlaqədar olaraq “Təhlükəsizliyimizi və ətraf mühiti qoruyaq” devzi ilə rəsm müsabiqəsi keçirilib.
Müsabiqədə:
• 6 – 9 yaşında ibtidai məktəblərdə (1-ci - 4-cü siniflər) olan şagirdlər;
• 10 – 15 yaşında orta məktəblərdə (5-ci - 9-ci siniflər) olan şagirdlər iştirak ediblər.
İştirakçıların rəsm işləri məktəblərdə seçilərək, ən yaxşı nümunələr sərgiyə göndərilimişdir. Rəsmlərin qiymətləndirilməsi bilavasitə məktəbdə və sonrakı mərhələdə rayon üzrə aparılıb. Bu prosesi təmin etmək üçün aşağıdakı nümayəndələr müsabiqəyə cəlb olunub:
• Şəhər və rayon məktəblərin rəhbərliyi və müəllimləri;
• Rayon Təhsil Şöbəsinin əməkdaşları;
• Saypem-Azfen Birgə Müəssisəsinin nümayəndələri.
Seçilmiş 3 ən yaxşı rəsmlərin müəllifləri (hər yaş kategoriyasına uyğun olaraq) mükafatlandırılıb.
Şəmkir rayonu üzrə Bayramlı, Sarıtəpə, Dəllərcəyir, Dəllər Daşbulaq, Dəllər Cırdaxan, Çaparlı №1 və Çaparlı №2, Keçili №1 və Keçili №2, Mahmudlu, Qaracəmirli №1 və Qaracəmirli №2, Qılıncbəyli və Talışkənd məktəbləri təhlükəsizlik təlimlərində və rəsm müsabiqəsində iştirak ediblər. Cəmi rəsm müsabiqəsində 221 şagird iştirak edib və onlardan 75-i ilkin mərhələdə mükafatlandırılıb.
Yekun sərgi-müsabiqəsi Şəmkir şəhəri Nizami Gəncəvi adına məktəbdə keçirilmişdir. Müsabiqədə Rayon Təhsil Şöbəsinin aparıcı mütəxəssisi Yavər Kərimov iştirak etmişdir.
Müsabiqənin nəticələri:
İbtidai siniflər (1 – 4) arasında:
1 yer – Bədəlov Mahir, Çaparlı 1№-li məktəbinin 4-cü sinif şagirdi
2 yer – Hüseynov Hüseyn, Qaracəmirli 2№-li məktəbinin 4-cü sinif şagirdi
3 yer – Həmzəyeva Əsma, Dəllərcəyir məktəbinin 3-cü sinif şagirdi
Orta siniflər (5 – 9) arasında:
1 yer – Qənbərova Tamara, Qılıncbəyli məktəbinin 9-cu sinif şagirdi
2 yer – Allazova Elvina, Mahmudlu məktəbinin 5-ci sinif şagirdi
3 yer – Sultanova Zərqələm və Rəhmanzadə Məryam, Sarıtəpə məktəbinin 6-cı sinif şagirdləri.
Müsabiqədə 1-ci yeri tutanlara planşet, 2-ci yer tutanlara fototkamera, 3-cü yer tutanlara rəsm üçün molbert hədiyyə olunub.