08.11.2016

"Riyaziyyat elmlərin şahıdır" adlı bilik yarışı keçirilib

Noyabrın 8-də Şəmkir rayon Qasım İsmayılov kənd Sahib Əliyev adına tam orta məktəbin 6, 7, 8, 9-cu sinif şagidləri arasında “Bayraq günü” bayramı ilə əlaqədar olaraq "Riyaziyyat elmlərin şahıdır" adlı bilik yarışı keçirilib.

Yarışda ümumilikdə 4 komanda mübarizə aparıb. Hər komandada 5 iştirakçı olub.

Yarış 3 turda keçirilib. Hər turda şagirdlərə  riyaziyyatla bağlı təfəkkür, məntiqi inkişafa əsaslanan təfəkkür, gündəlik həyatda riyaziyyat mövzusundan ibarət 5 sual səsləndirilib.

Qalib komanda turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilib. Gərgin mübarizə şəraitində keçən yarışmada birinci yeri 12 xalla “Dekart” komandası tutub. İkinci və üçüncü yerləri isə müvafiq olaraq 11 xalla “Pifaqor”, 10  xalla “Fales” komandası qazanıb.

Məktəb rəhbərliyi və məktəbin riyaziyyat fənn müəllimi Zəmanə Məmmədovanın  təşkilatçılığı ilə həyata keçirilən bu yarış şagirdlərin riyazi biliklərini inkişaf etdirməklə, eyni zamanda gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədi daşıyır.

Xatırladaq ki, "Bayraq günü” bayramı ilə əlaqədar keçirilən bilik yarışmasında məktəbin digər aşağı sinif şagirdlərinin iştirakı ilə “Rəqəmlərin və qiymətlərin söhbbəti” adlı maraqlı səhnəciklər göstərilib. Hər turun ardından şagirdlərin ifasında şeir və musiqi səsləndirilib.

Sonda, şagirdlərin və müəllimlərin rəngli kağızlardan hazırladıqları bayraq və xəritə maketləri nümayiş olunub.


Açar sözlər: ,