04.11.2016

Heydər Əliyev Mərkəzində növbəti açıq dərs keçirilib

       Şəmkir Rayon Təhsil Şöbəsi və Şəmkir Heydər Əliyev Mərkəzinin birgə əməkdaşlıq fəaliyyətləri çərçivəsində 04.11.2016- cı il tarixində Mərkəzdə növbəti “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu və memarıdır” adlı açıq dərs keçirilib. Bu dəfəki dərsdə müəllim qismində Şəmkir Gənc Müəllimlər Birliyinin əməkdaşı, Aşağı Seyfəli kənd tam orta məktəbin tarix müəllimi Xəyal Nəsibov çıxış edib. Xəyal Nəsibov məktəblilərə Ulu Öndərin keçirdiyi həyat yolu, fəaliyyəti, müasir Azərbaycanın  qurulmasında onun rolu mövzusunda geniş məlumat verib.

       Dərsin ardından məktəblilərə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” filmi nümayiş etdirilib.

     Qeyd edək ki, açıq dərslər Təhsil Şöbəsi tərəfindən təsdiq olunmuş, tətil günləri istisna olmaqla, dərsdən kənar vaxtlarda xüsusi qrafik əsasında Mərkəzdə həyata keçirilir. Açıq dərslər müstəqil tariximizin hər tərəfli öyrənilməsinə maraq yaratmaqla, şagirdlərdə vətənpərvərlik hislərinin gücləndirilməsi baxımından çox önəmlidir.