28.10.2016

Kür qəsəbə H.Z.Tağıyev adına 2 saylı tam orta məktəbdə bilik yarışı və sınaq imtahanı keçirilib

     Oktyabrın 28-də Kür qəsəbə H.Z. Tağıyev adına 2 saylı tam orta məktəbdə 9-cu sinif şagirdlərinin Azərbaycan dili və riyaziyyat fənnindən buraxılış imtahanlarına hazırlıq məqsədi ilə sınaq imtahanı təşkil olunub. Həmcinin məktəbin 7-ci sinif şagirdləri ilə rus dili fənni üzə “Bilik yarışması” keçirilib.

    Buraxılış imtahalarına hazırlaşan 9-cu sinif şagidlərindən 69 nəfər sınaq imtahanında iştirak edib. İmtahanın keçirilməsində əsas məqsəd şagirdləri qarşıdakı imtahanlara psixoloji hazırlamaqla yanaşı, öyrəndiklərini təkrar etməklə biliklərini təkminləşdirməyə kömək etməkdir. Hər il keçirilən buraxılış imtahanlarında yüksək nəticə göstərən məktəb, bunu imtahana hazırlaşan şagidlərlə hər ay keçirilən sınaq imtahanlarının təsiri ilə olduğunu bildirir.

    Eyni gündə keçirilən rus dili “Bilik yarışması” şagirdlərin xarici dilə olan marağını artırmaqla,  onların dil biliklərini inkişaf etdirməyə kömək edir. Yarışda təmsil olunan hər komandada 10 nəfər şagird iştirak edib.

    Qeyd edək ki, “Bilik yarışması” məktəbin rəhbərliyi və pedaqoji heyəti tərəfindən hər ay mütəmadi olaraq müxtəlif fənlər üzrə keçirilir. Bu cür yarışmaların keçirilməsinin çox böyük əhəmiyyəti var. Çünki bu, şagirdlərin bilik səviyyəsinin yüksəlməsinə, onlarda fənlərə marağın artmasına təkan verir. 

    


Açar sözlər: ,