25.10.2016

“Coca-Cola” Məktəbli Kuboku Şəmkirdə

        Oktyabrın 25-də Şəmkir rayon Zəyəm qəsəbə 2 saylı tam orta məktəbinin idman zalında “Coca-cola” şirkətinin dəstəyi, AFFA, Şəmkir rayon Təhsil Şöbəsi və Şəmkir rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə mini futbol üzrə rayon birinciliyinin zona yarışı keçirilib.

           Azərbaycanda uşaq futbolu üzrə ən irimiqyaslı turnir olan “Coca-Cola” Məktəbli Kuboku Təhsil Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Coca-Cola”-nın 2011-ci ildən etibarən həyata keçirdiyi idman layihəsidir. Layihə ölkədə futbolun kütləviliyinin təmin olunması, uşaq futbolunun tərəqqisi və ümumillikdə məktəblilərin fəal və sağlam həyat tərzinə cəlb edilməsi məqsədi daşıyır. Ötən beş il ərzində adıçəkilən birincilik 1 milyondan artıq məktəblini cəlb edib və turnirin qalibləri müxtəlif beynəlxalq yarışlarda iştirak hüququ qazanıb. Bugün yarışda Zəyəm zonası üzrə 12 məktəbin komadaları mübarizə aparmışdır.

        “Coca-Cola” Məktəbli Kuboku Şəmkir rayonu üzrə bütün məktəblərdə keçirilməklə noyabr ayının ortalarınadək davam edəcək.