Oktyabrın 22-də “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası tərəfindən “Yerli Kənd gənclərinin İnkişaf proqramı” çərçivəsində Şəmkir rayon İcra Hakimiyyəti, “Zəka” Gənclər Mərkəzinin təşkilatçılığı və “Gələcəyə Körpü” Gənclər ictimai Biriyinin tərəfdaşlığı ilə “Tariximizin izi ilə” adlı intellektual yarışma keçirildi.
Yarışın əsas məqsədi şagirdlərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, istedadlı şagirdləri üzə çıxarmaq, onların milli-mənəvi dəyərlər və Azərbaycan tarixi haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir.
Yarışda Şəmkir rayonunun Şiştəpə, Düyərli (2 komanda), İrmaşlı, Dəllər, Zəyəm Cırdaxan kəndlərindən ibarət olan 6 komanda və hər komandada 9-11-ci sinif sagirdlərindən ibarət 6 şagird iştirak edib.
Gərgin mübarizə şəraitində keçən oyunun sonunda
I yerin qalibi Zəyəm Cırdaxan tam orta məktəbin “Şagirdlər” komandası,
II yerin qalibi Düyərli II və İrmaşlı məktəbinin şagirdlərindən ibarət olan “The Best” komandası,
III yerin qalibi Düyərli kənd orta məktəbin “Düyərli I” komandası olub.
Sonda qalib komandanın şagirdlərinə sertifikatlar təqdim olundu.