Suqra Ayvazova 1991-ci ildə Gəncə şəhərində anadan olub. İlk təhsilini elə həmin şəhərdə alıb. Ali təhsilinə Gəncə Dövlət Univeristetində Biologiya müəllimi ixtisasına yiyələnən S.Ayvazova Təhsil Nazirliyi tərəfindən Respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdilirmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqədən yüksək bal toplayaraq, Şəmkir rayon Nərimanlı kənd ümumi orta məktəbində biologiya müəllimi kimi fəaliyyətə başlayıb.
Suqra Ayvazovanın dərs dediyi məktəbin olduğu Nərimanlı kəndi rayon mərkəzindən 46 km məsafədə, dəniz səviyyəsindən 1200 m yüksəklikdə dağın zirvəsində yerləşir. 96 ailədən ibarət olan kəndin 500 dən çox əhalisi var.
Müəllimlik fəaliyyətinə yeni başlayan S.Ayvazovanın müəllimlik peşəsi ilə bağlı fərqli yanaşmaları bütün müəllimlərə örnək ola bilər:
“Uğurlu müəllim olmaq üçün, universitetdə öyrəndiyiniz dərslərin tədbiq olunması metodundansa özünüzə məxsus yeni və fərqli metodlar axtarmaqla müəllim kimi fəaliyyətə başladığınız ilk günlərdə onları tədbiq edin. Yaxşı müəllim olmağın ən yaxşı yolu, dərsdə özünü müəllim kimi deyil, lider kimi aparmaqdır. Şagidləriniz sizi izləmək və öyrətdiklərinizi başa düşmək istəyirlər, buna görə də, siz dərslərinizi sadəcə öyrətməklə kifayətlənməyib, həm də dərslərinizi sevdirməyə çalışmalısız. Bunun üçün şəraitə, şagirdlərinizin düşüncə tərzi və beyin yükünə uyğun fərqli və interaktiv metodlardan istifadə etməlisiz.
Naliyyəti olan insanlar ya çox adamın sahib olduğu peşəni fərqli yönləri ilə həyata keçirərək uğur qazanıblar, ya da az insanın məşğul olduğu peşəyə yiyələnərək güclü olduqlarını göstərə biliblər. Müəllimlik çox insanın məşğul olduğu peşədir. Buna görə də müəllimlikdə uğur qazanmaq istəyirsənsə fərqli və yeni metodlardan istifadə etməyi bacarmalısan. Bunun üçün zəka, bacarıq və yaradıçılıq sənə kifayət edər. Mən müəllimlik peşəsini müqəddəsləşdiməyin yox, onu keyfiyyətli etməyin tərəfdarıyam.”