19.10.2016

Diaqnostik qiymətləndirmə imtahanlarının təşkili ilə bağlı rayon təhsil nümayəndələri məlumatlandırılıb.

       Oktyabrın 19-da  Şəmkir rayonunda Təhsil Naziliyinin İnformasiya şöbəsinin vətəndaşların müraciətinə baxılması üzrə sektorun müdiri Elvin Məmmədov, həmin sektorun aparıcı məsləhətçisi Şahin Əliyev, Şəmkir və Gədəbəy rayonu üzrə məktəb direktorlarının və rayon təhsil şöbələrinin əməkdaşlarının iştirakı ilə noyabr-dekabr aylarında ölkənin 26 rayon və şəhərində dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı keçiriləcək imtahanlarda müəllimlərin iştirakının təşkili ilə bağlı rayon təhsil nümayəndələrini təlimatlandırıblar.

İclasda Təhsil Nazirliyinin məsul şəxsləri rayon təhsil işçilərinə:

  • 1.DQ-nin mahiyyəti və məqsədini.
  • 2.DQ-nin gələcək nəticələrini
  • 3.DQ-də iştirakın şərtlərini
  • 4.DQ-də iştirakın təmin olunması işində müəllimlərə dəstəyin göstərilməsi
  • 5.Müəllimlərin İKT üzrə hazırlığının təşkili

yollarını izah edərək rayon ictimaiyyətini maarifləndiriblər.

Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək,onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq, eləcə də həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.

Diaqnostik qiymətləndirmədən sonra əməkhaqqı artırılan müəllimlərin sayının 100 minə çatacağı nəzərdə tutulur.

Yerli təhsili idarəetmə orqanları imtahanda iştirak edəcək müəllimlər haqqında məlumatların www.dq.edu.az  saytına daxil edilməsi, məlumatların dürüstlüyünün təmin edilməsi, eləcə də diaqnostik qiymətləndirilmənin məqsədinin müəllimlərə düzgün formada çatdırılması öhdəliyini daşıdıqları bildirilib. Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları haqqında məlumatı https://dq.edu.az/files/1.2.3.pdf  linkinə daxil olaraq əldə edə bilərsiz.