Dövlət müstəqilliyinin bərpasının 25-ci il dönümü münasibətilə YAP Şəmkir rayon təşkilatı və Şəmkir Heydər Əliyev mərkəzinin birgə təşkilatçılığı ilə-18 oktyabr Milli müstəqillik gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon Təhsil şöbəsinin müdiri, YAP Şəmkir rayon təşkilatı sədrinin müavini Məcid Şıxlınski YAP Şəmkir rayon təşkilatı aparatının məsul işçiləri, Şəmkir Heydər Əliyev Mərkəzinin əməkdaşları, Şəmkir rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, Şəmkir Rayon Təhsil Şöbəsinin əməkdaşları, Şəmkir Sərhəd Dəstəsinin şəxsi heyəti iştirak ediblər. Tədbir himn səslənməsi ilə başlanıb, daha sonra mərkəzin əməkdaşlarının "Milli müstəqillik günü" ilə əlaqədar hazırladıqları videoçarx izlənilib. Videoçarxın ardından, tədbir açıq elan edilib.
Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir rayon Təhsil Şöbəsinin müdiri, YAP Şəmkir rayon təşkilatı sədrinin müavini Məcid Şıxlınski, İrmaşlı 1 saylı tam orta məktəbin direktoru Ceyhun Məmmədov, Çənlibel 2 saylı tam orta məktəbin müəllimi Türkan Əliyeva, Nəriman Nərimanov adına Şəmkir şəhər tam orta məktəbin müəllimi Samirə Cəfərova və digərləri çıxış edərək milli müstəqilliyimizin tarixindən, sarsılmazlığından, ulu öndər Heydər Əliyevin müstəqilliyimizin möhkəmlənməsi yolunda gördüyü işlərdən danışıblar.