12.10.2016

"Tərəqqi" medalına layiq görülən şəmkirli müəllim-Elşən Əhmədov

       Elşən Əhmədov 1978-ci ildə Şəmkir rayon Dəllər-Cəyir kəndində anadan olub.  İbtidai təhsilini kənd məktəbində aldıqdan sonra, 1995-ci ildə Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. 1998-ci ildə ali təhsilini başa vurub, təyinatla Şəmkir rayon Dəllər-Daşbulaq kənd tam orta məktəbində azərbaycan dili və ədəbiyyat müəllimi kimi əmək fəaliyyətinə başlayıb. Məktəbdə dərs dediyi müddətdə Elşən müəllim müxtəlif  fəxri fərmanlar və diplomlarla təltif olunub. 2012-ci ildə Şəmkir rayonu üzrə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub.

        Azərbaycan Respublikası Təhsil nazirinin 2015-ci il 5 oktyabr tarixli 11/113 nömrəli əmri ilə Azərbaycan Respublikası Qabaqcıl Təhsil işçisi döş nişanına layiq görülüb. Prezident İlham Əliyevin 2016-cı il 5 oktyabr tarixli sərəncamına uyğun olaraq, Elşən müəllim təhsil işindəki fəaliyyətinə və xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

        Tərəqqi medalına layiq görülən Elşən müəllim işinə dəyər verənlərə təşəkkürünü bildirir:

      “Respublikamızda təhsilin inkişafı biz müəllimlərin fəaliyyətindən, üzərimizə düşən vəzifələri necə yerinə yetirməyimizdən asılıdır. İnsan əməyinin qiymətləndirildiyini görəndə öz işinə məsuliyyəti daha da artır. Tərəqqi medalı ilə təltif olunmağım, işimin qiymətləndirilməsi və bu cür obyektivlik şəxsən mənə böyük stimul verir.”

 


Açar sözlər: ,