27.09.2016

Respublikanın bölgələri üzrə ilk Distant Təhsil Mərkəzi

Şəmkir rayonunda Distant Təhsil Mərkəzi 2015-ci ilin oktyabr ayından Nizami Gəncəvi adına şəhər tam orta məktəbində fəaliyyətə başlayıb.

Distant təhsildə dərslər öyrənənlərə çap materialları, elektron materiallar, elektron dərslik,  və s. formalarda təqdim edilir.

Təhsilin distant forması müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan şəxslərə real təhsil imkanları yaradır. Bu təhsil forması ənənəvi təhsil formalarına nisbətən öyrənənlərin müstəqilliyini, fəallığını, şüurluğunu, yaradıcılığını optimal şəkildə inkişaf etdirir. Təhsil məsafədən idarə olunan təhsil formasında həyata keçirilir.

Distant təhsilə bəzən qiyabi təhsil də deyirlər. Əslində qiyabi təhsillə distant təhsilin oxşar cəhətəri vardır, amma fərqlidirlər. Qiyabi təhsilddən fərqli olaraq distant təhsil internet vasitəsiilə keçirilir.

Bölgələr üzrə ilk distant təhsil mərkəzi olan Şəmkir rayon Nizami Gəncəvi adına şəhər tam orta məktəbin distant təhsil mərkəzi müxtəlif yaşlı, xüsusi qayğıya ehtiyacı olan 46 uşağı  təhsilə cəlb edib. Şagirdlərə 22 nəfər müəllim həftədə 10 saat dərs keçir. Tədris müasir texnologiyalarla aparılır, şagirdlərə dərslər həftənin 6 günü gündəlik 3 saatdan çox olmamaq şərti ilə tədris edilir. Şagirdlərin dərs vəsaitləri eləcə də, uzaqdan idarə olunan distan təhsilin alınması üçün lazımı avadanlıqları dövlət tərəfindən təmin olunur. Şagirdlər ev şəraitində birbaşa internet şəbəkəsinə qoşularaq məsafədən idarə olunan tədris metodu üzrə təhsil alırlar.


Açar sözlər: