30.08.2016

Şəmkirdə 2016-2017-ci tədris ilinə hazırıqla bağlı ciddi tapşırıqlar verilib

Məktəb direktorlarının iştirakı ilə Rayon Təhsil Şöbəsi 30 avqust 2016-cı il tarixdə Ə.Cavad adına məktəbin akt zalında 2016-2017-ci tədris ilinə hazırlıqla bağlı növbəti iclasını keçirib.

İclasın işini giriş nitqi ilə açıq ela edən RTŞ müdiri Məcid Şıxlinski 26 sentyabr tarixində keçiriləcək referendumla bağlı seçkilərdə təhsil işçilərinin fəal olmasını,  məntəqələr üzrə adı siyahıda olan insanların seçkidə iştirak etmələrinə köməklik göstərilməsini tapşırıb. Sentyabr ayının 8-də 2,5,6-cı sinif rəhbərləri ilə Ə.Cavad adına mədəniyyət evində keçiriləcək  “Mülki müdafə” mövzusundakı təlimdə müəllimlərin iştirakının təmin olunması,  həmcinin göstərilən sinif rəhbərlərinin adlı siyahısını təhvil verməyən məktəblərin siyahını ən gec 2 sentyabr tarixinədək rayon təhsil şöbəsinə təhvil verilmələrini tapşırıb. İclasda həmcinin məktəbəhazırlıq qruplarının işinin təşkili, 1-ci sinifə bu il gedəcək uşaqların siyahısının yenidən tərtib olunması və dəqiqləşdirilməsi, dərsliklərin yenidən saylarının müəyyənləşdirilməsi, kitabxanalarda qala biləcək dərsliklərin təhvil verilməsi və çatışmayan dərsliklərin siyahısını ən gec sentyabrın 2-dək RTŞ-ə təhvil verilməsi göstərişi verilib.

İclasın 2-ci hissəsində məktəb direktorlarına təhsil nazirliyinin göstərişinə uyğun olaraq rayon üzrə 7 yaşı tamam olub lakin təhsildən kənarda qalan uşaqların siyahısını tərtib edib, onların təhsilə cəlb olunmasının təşkilini həyata keçirmələri tapşırılıb. Növbəti tədris ilində məktəblərin qışa hazırlıqla bağlı mövcud istilik təchizatı problemləri müzakirə olunub. İclasda həmcinin 10,11-ci siniflərin məktəblərarası yerdəyişməsinə dair qaydalarla məktəb direktorlarları məlumatlandırılıb.