Gəncə Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsi 2016-cı tədris ili üçün tədbirlər planına müvafiq olaraq, 8 sentyabr 2016-cı il tarixində Ə.Cavad adına Mədəniyyət evinin iclas zalında Şəmkir rayon ümumtəhsil orta məktəblərinin və onlara bərabər tutulan təhsil müəssisələrinin 2, 5 və 6-cı siniflərinin rəhbərləri üçün fövqəladə hallar və mülki müdafiə məsələlərinə dair konfrans keçirəcək.
Konfransda “Məktəblilərə mülki müdafiə haqqında anlayışın verilməsi”, “Fövqəladə hallar şəraitində əhalinin məlumatlandırılması və onların davranışının tənzimlənməsi”, “Azərbaycanda mülki müdafiə, onun məqsəd və vəzifələri”, “Kütləvi qırğın silahları”, “Kollektiv mühafizə vasitələri” mövzularında geniş məruzələr oxunacaq.