15.08.2016

Şəmkirdə müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin adlı siyahısı açıqlanıb

    

Şəmkir rayonunda Respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə nəticəsində rayon üzrə yerləşdirilən müəllimlərin adlı siyahısı ictimaiyyətə açıqlanıb.

Təhsil Nazirliyinin müvaffiq göstərişinə əsasən müsabiqə nəticəsində iş yerlərini dəyişən müəllimlərin sənədlərinin yoxlanıb, 2016-cı ilin sentyabrın 15-dən onlarla əmək müqaviləsinin bağlanmasını təmin etməklə, müəllimlərin əmək fəaliyyəti ilə əlaqədar məsələlərin həll olunmasına köməklik göstərilməsi tapşırılıb.

Xatırladaq ki, Respublika üzrə müsabiqədə iştirak üçün müraciət edən şəxslərdən 2107 nəfəri test imtahanı mərhələsinə dəvət olunub. Onlardan 1621 nəfəri imtahanda iştirak edib, 345 nəfəri növbəti mərhələyə (müsahibə mərhələsinə) keçib.

Müsahibə mərhələsinə dəvət olunan 345 nəfərdən 297-si müsahibədə iştirak edib. Onlardan 243 nəfəri iş yerini dəyişmək hüququ qazanıb.

Müsahibə mərhələsinin nəticələri hər bir namizədin şəxsi səhifəsində yerləşdirilib.

 

2016-2017-ci tədris ili üçün yerdəyişmə müsabiqəsinin nəticəsinə əsasən iş yeri dəyişdirilmiş (Şəmkir rayonu üzrə) müəllimlərin siyahısı.

1.Abbasov Arzuman İsrəfil oğlu.- Sərxan kənd Q.Mirzəməmmədov adına tam orta məktəb

            2.Əliyeva Şəlalə İsa qızı – R.Əliyev adına kənd tam orta məktəb

            3.Kərimova Tahirə Akif qızı – Yeni Həyat kənd orta məktəb

            4.Məmmədov Rəşad  Fərəməz oğlu – C.Rüstəmov adına tam orta məktəb

            5.Şahnəzərova Mehriban Məzahir qızı- Sərxan kənd Q.Mirzəməmmədov adına tam orta məktəb

            6.Səmədova Xatirə Nazim qızı- Abbaslı kənd 2 nömrəli tam orta məktəb.


Açar sözlər: ,