12.08.2016

Şəmkir rayon Təhsil Şöbəsində 2016-2017-ci tədris ilinə hazılırlıqla bağlı tədbir keçirilib

Məktəb direktorlarının iştirakı ilə Rayon Təhsil Şöbəsi  tərəfindən keçirilən tədbirdə  5 yaşlı uşaqların  məktəbəhazırlığının təşkili və  məktəblərin dərsliklərlə təminatı məsələləri müzakirə olunub. Məktəbəhazırlıq qruplarının təşkili barədə  verilən məlumatlarda 2016-2017-ci tədris ilində Şəmkir rayonunda təhsilə cəlb olunacaq 5 yaşlı uşaqların sayı açıqlanıb. Rayon üzrə 2011-ci ildə anadan olmuş uşaqların sayı  3000 nəfərdən artıqdır, onlardan 2016-2017-ci tədris ilində məktəbəhazırlıq quruplarına cəlb olunması planlaşdırılanların sayı 1837 nəfər müəyyənləşib ki bu da ümumi rəqəmin 61%-ni təşkil edir. Qeyd olunub ki, məktəbəhazırıq qrupuna cəlb edilə bilməyən uşaqların digər 40%-i  uşaq sayı az olan yaşayş məntəqələrindəki məktəblərin əlavə olunmaması səbəbi və bəzi məktəblərin maddi texniki baza problemləri ilə izah olunur.

Tədbirin ikinci hissəsində məktəblərin dərsliklərlə təminatı haqqında danışan Şəmkir rayon Təhsil Şöbəsinin müdir müavini Cəlal Hüseynov Azərbaycan Respublikası Nazirlər kabinetinin 5 iyul 2016-cı il tarixli 266 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi”nə uyğun olaraq 1 sentyabr 2016-cı il tarixinədək dərsliklərin şagirdlərə çatdrılmasının təmin edilməsi göstərişini verib. Hər hansı məktəbdə  yarana biləcək vəsait çatışmazlığı digər yerli təhsil müəssisələri hesabına ödənilməsi və 5 sentyabr 2016-cı il tarixinədək məsələnin həll olunması tapşırılıb.

Tədbirdə həmcinin Şəmkir rayon Təhsil Şöbəsinin Metodkabinetin müdiri Firdovsi Aslanov Gəncə regional fövqəladə hallar və mülki müdafiə şöbəsinin 2016-cı tədris ili üçün tədbirlər planına müvafiq olaraq, 8 sentyabr 2016-cı il tarixdə Ə.Cavad adına Mədəniyyət evinin İclas zalında 2, 5 və 6-cı sinif rəhbərləri ilə keçiriləcək “Mülki müdafiə” mövzusundakı tədbirdə iştirak edəcək müəllimlərin adlarını açıqlayıb.