Hacıyev Arslan Alik oğlu  

Hacıyev Arslan Alik oğlu 13 avqust 1983-cü ildə anadan olub.

2002-2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında  bakalavr, 2006-2008-ci illərdə  isə magistr təhsili alıb. 2015-2017-ci illərdə ADA Universiteti və "Maastricht School of Management"də (Hollandiya) "Executive MBA" (EMBA) üzrə Xaricdə Təhsil Dövlət Proqramı ilə magistr təhsili alıb.

2012-2016-cı illərdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində, 2016-2017-ci illərdə Maliyyə Bazarlarına Nəzarət Palatasında, 2017-2022-ci illərdə isə “Azərşəkər” MMC-də müxtəlif vəzifələrdə çalışıb.

2019-cu ildə “Open World Lidership” proqramı üzrə sertifikat və 2020-ci ildə isə Project Management İnstitute tərəfindən layihələrin idarəedilməsi üzrə peşəkar sertifikat (PMP) əldə etmişdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayon təhsil şöbələrinin əsasında Qazax-Tovuz Regional Təhsil İdarəsi yaradılıb.

Elm və təhsil naziri cənab Emin Əmrullayevin müvafiq əmri ilə Arslan Hacıyev 2022-ci ildə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.