Pənahov Hafiz Saməddin oğlu - 2017-ci ildən Şəmkir rayon Təhsil Şöbəsinin müdir müavini vəzifəsində çalışır.

 

Pənahov Hafiz Saməddin oğlu - 15 fevral 1983-cü ildə Şəmkir rayonu Düyərli kəndində anadan olub. 1989-cu ildə Düyərli kənd 1 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul edilib və 2000-ci ildə həmin məktəbi bitirib. Elə həmin il Gəncə Dövlət Universitetinin Coğrafiya ixtisasına daxil olub və 2004-cü ildə universiteti bitirib. 2005-ci ildə Şəmkir rayon Zəyəm Cırdaxan kənd 1 nömrəli tam orta məktəbində Coğrafiya müəllimi kimi fəaliyyətə başlayıb.

2013-2014-cü tədris ilində Təhsil Nazirliyə tərəfindən keçirilən “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub. 2015-2016-cı illərdə Şəmkir Rayon Təhsil Şöbəsində Coğrafiya metodisti və Şəmkir  şəhər N.Gəncəvi adına tam orta məktəbin nəzdində yaradılmış Distant təhsil mərkəzinin koordinatoru kimi fəaliyyət göstərib. 2016-2017-ci illərdə Şəmkir Rayon İcra Hakimiyyəti aparanında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi olaraq çalışıb. 

Fəaliyyəti ərzində müəllimliklə yanaşı, Təhsil Nazirliyi və təhsil sahəsində fəaliyyət göstərən müxtəlif (“Mədəd Azərbaycan” MMC, “UNİCEF”, “Edumedia Azərbaycan” MMC, Təhsildə İnnovativ   Texnologiyalar Əlavə Təhsil Mərkəzi, “Nobel-T” MMC, Təhsil İşçilərinin Peşəkar İnkişafi İnstitutu, Dövlət İmtahan Mərkəzi və digər) təşkilatlar   tərəfindən keçirilmiş müəllimlərin peşəkarlıq səviyyəsinin   təkmilləşdirilməsi istiqamətində təlimlərdə iştirak edib və təlimçi kimi fəaliyyət göstərib.  

 

İştirak etdiyi və təlimçi kimi fəaliyyət göstərdiyi təlimlər:

  • Mədəd Azərbaycan: “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi”
  • Mədəd Azərbaycan: “İnzibati İdarəetmə Heyəti üçün İKT-nin Təhsilə Tətbiqi”
  • Mədəd Azərbaycan və Microsoft: “Həmkara dəstək” 
  • Mədəd Azərbaycan və ULTRA: “Milli Təhsil Məlumat Bazası”
  • Mədəd Azərbaycan: “Fənlər üzrə elektron təhsil resursları”
  • Edumediya-Azərbaycan:  “Promethean interaktiv texnologiyalarının təhsilə tətbiqi üzrə təlim”
  • Azərbaycan Respublikası Təhsil Nazirliyi Distant Təhsil Mərkəzi və Mədəd Azərbaycan: “Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlar üçün Məsafədən Təhsil” layihəsi
  • Azərbaycan Respublikası Təhsil Nazirliyi və Mədəd Azərbaycan: “2012/2013-cü tədris ilində 5-ci siniflərdə dərs deyəcək İnformatika  fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlim”
  • Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Unkial - 1” MMC:  “2014/2015-cü tədris ilində 6/7-ci siniflərdə dərs deyəcək Coğrafiya fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlim”
  • Azərbaycan Respublikası Təhsil Nazirliyi və Qafqaz Universiteti: “2013/2014-cü tədris ilində 6-ci siniflərdə dərs deyəcək Coğrafiya fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlim”
  • Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Təhsildə İnnovativ Texnologiyalar" əlavə təhsil mərkəzi: "İbtidai siniflərdə dərs deyəcək müəllim heyəti üçün tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə" üzrə Təlimçi Təlimi
  • Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Təhsildə İnnovativ Texnologiyalar" əlavə təhsil mərkəzi: Təhsil sisteminin inzibati-idarəetmə heyətləri üçün İKT üzrə savadlılığın artırılması " üzrə Təlimçi Təlimi
  • Azərbaycan Respublikası Təhsil Nazirliyi və Nobel-T MMC: Distant təhsildə elektron təhsil resurslarında istifadə üzrə təlim
  • Azərbaycan Respublikası Təhsil Nazirliyi və Nobel-T MMC: Distant təhsildə İKT avadanlıqlarından və texniki vasitələrdən istifadə üzrə təlim
  • Təhsil İşçilərinin Peşəkar İnkişafi İnstitutu və İTE Əlavə Təhsil Mərkəzi: Ümumi orta təhsil səviyyəsində texniki və təbiət fənlərinin inteqrativ tədrisi üzrə təlimçilər üçün təlim.
  • Təhsil İşçilərinin Peşəkar İnkişafi İnstitutu: Coğrafiya fənninin məzmunu üzrə ixtisasartırma təlimi
  • Odlar Yurdu Universiteti: Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası
  • Dövlət İmtahan Mərkəzi: Yeni təhsil proqramı (kuikulum) əsasında qiymətləndirmə vasitələrinin işlənməsi və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursu
  • Təhsil İşçilərinin Peşəkar İnkişafi İnstitutu: Yeni fənn kurikulumlarının tətbiqi üzrə ixtisasartırma təlimi
  • Qafqaz Universiteti: Məktəbdaxili Qiymətləndirmənin təşkili metodikası
  • Təhsil İşçilərinin Peşəkar İnkişafi İnstitutu: Məktəbdə sağlam sosial emosional mühitin formalaşdırılması
  • ITE Əlavə Təhsil Mərkəzi: STEM əsaslı dərslərdə innovasiyalar və yeni texnologiyaların tətbiqi metodikası
  • ITE Əlavə Təhsil Mərkəzi: Pedaqoji heyət üçün İKT vasitəsi ilə kommunikasiya bacarıqlarının formalaşdırılması üzrə ixtisasartırma xidmətləri (MS Teams, MS Office 365)” üzrə təlim