14.06.2022

Ağstafa rayon ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb

İyunun 14-də Ağstafa rayon ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb. Tədbirlərdə təhsil sektorunun əməkdaşları, ictimaiyyət nümayəndələri, valideynlər iştirak ediblər.

Tədbirlərdə məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı maraqlı proqram nümayiş etdirilib.

Qeyd edək ki, 2021-2022-ci tədris ilində Ağstafa rayonu üzrə 707 nəfər XI sinif şagirdi üçün “Son zəng” çalınıb.