Məcid   Şıxlinski   Osman  oğlu

 

24 sentyabr 1951-ci ildə anadan olub. 1972-1974-cü illərdə Şəmkir rayon Əhməd Cavad adına orta məktəbdə fizika müəllimi işləmiş, 1974-1976-cı illərdə ordu sıralarında xidmət etmiş, 1976-1978-ci illərdə Şəmkir şəhər Cahangir Rüstəmov adına orta məktəbdə fizika müəllimi işləmişdir.

1978-1981-ci illərdə Şəmkir şəhər Cahangir Rüstəmov adına orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 1981-1988-ci illərdə Şəmkir şəhər Cahangir Rüstəmov adına orta məktəbdə direktor, 1988-1993-cü illərdə Şəmkir rayon Təhsil Şöbəsinin müdiri, 1993-1995-ci illərdə yenidən  Şəmkir şəhər Cahangir Rüstəmov adına orta məktəbdə direktor, 1995-1998-ci illərdə Şəmkir şəhər Cahangir Rüstəmov adına orta məktəbdə fizika müəllimi, 1998-2006-cı  Şəmkir şəhər Cahangir Rüstəmov adına orta məktəbdə direktor, 2006-cı ildən hal-hazıra kimi Şəmkir rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ali təhsilli riyaziyyat müəllimi, Gəncə Dövlət Universitetini bitirmişdir.

2009-cu ildə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.

Ailəlidir, iki evladı var.