Cəlal Hüseynov İsa oğlu

 

2 iyul 1950-ci ildə Şəmkir rayon Dəllər-Daşbulaq kəndində anadan olmuş, 1956-cı ildə Şəmkir rayon Dəllər-Daşbulaq kənd ümumi orta məktəbin birinci sinfinə daxil olmuş, 1966-cı ildə Dəllər-Cəyir kənd məktəbinin 10-cu sinfini bitirmişdir. 1966-1968-ci illərdə kənd təsərrüfatı sahəsində çalışmış, 1968-ci ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun "Tarix" fakultəsinə daxil olmuş, 1972-ci ildə həmin fakultəni fərqlənmə diplomu ilə bitirmişdir. 

1972-1974-cü illərdə Dəllər-Daşbulaq ümumi orta məktəbində müəllim, 1974-1975-ci illərdə hərbi xidmətdə, 1975-1977-ci illərdə yenidən həmin məktəbdə müəllim, 1977-1983-cü illərdə Dəllər-Daşbulaq kənd tam orta məktəbində direktor, 1983-1987-ci illərdə rayon Təhsil Şöbəsində inspektor, 1987-ci ildən Şəmkir rayon Təhsil Şöbəsinin müdir müavini vəzifəsində işləyir.

2011-ci ildə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür. 

Ailəlidir, 2 övladı var.